Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev: 1992-1993-cü illərin qalıqlarına süni nəfəs vermək kimlərə və niyə lazımdır?  

"Bu insanlar mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv intervyuları ilə özlərinin qəbirlərini qazıblar"...

“Klassik müxalifətin (AXCP və Müsavat) 27 illik fəaliyyəti bu partiyaları və onların liderlərini iflasa uğradıb. Bu komandaların Azərbaycanın 18-65 yaşlı vətəndaşları arasında (təqribən 5 milyona yaxın) dəstəyi maksimum 1 faiz ola bilər. Yəni praktiki sıfırdır. Həmin şəxslərin 20 ildir özlərinin monoton tənqidləri, korrupsiya və rüşvəti dərindən analiz etmədən şişirdilmiş yalançı rəqəmlərlə xalqa təsir etmək cəhdləri onlardan mütəmadi müsahibə götürənlərin reytinqlərini (youtubda 100 min insanın bu intervyulara baxdığına baxmayaraq) sıfıra çatdırıb. 100 min baxış və intervyunun təsiri sıfıra bərabər olursa, bunun səbəbini intervyunun keyfiyyətində yox, başqa səbəblərdə axtarmaq lazımdır”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, hökümətin heç bir səbəb olmadan bu psevdo-müxalifəti “izolyasiya” etməsini məntiqlə anlamaq mümkün deyil: “Bu insanlar mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv intervyuları ilə özlərinin qəbirlərini qazıblar. Bu gün özlərini dəfn etmiş 1992-1993-cü illərin qalıqlarına süni nəfəs vermək kimlərə və niyə lazımdır? Hökümətin onları “izoliyasiya” etməsi yalnız və yalnız bu psevdo-müxalifətçilərin yenidən qəbirdən çıxarılmasına, süni nəfəs verməsinə bənzətmək olar. Bu cəhd isə yalnız və yalnız bir məqsədə qulluq edə bilər: Gənclərdən ibarət formalaşmaqda olan real müxalifətin yaranmasının qarşısını almağa!” (Pravda.az)

pia.az


Etiket: Rəsul Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar